Avroviziya-2018

İsrail “Avroviziya”dan məhrum edilə bilər

31
(Yenilənib 18:20 26.07.2018)
Ümumilikdə “Avroviziya” İsrailə 40 milyon dollara başa gələcək

BAKI, 26 iyul — Sputnik. İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Avroviziya” mahnı yarışını keçirmə hüququnu itirə bilər.

Sputnik Azərbaycan “Times of Israel” nəşri xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahuya, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.

Bundan əvvəl Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.

Ümumilikdə “Avroviziya” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.

31
Teqlər:
"Avroviziya" mahnı müsabiqəsi, problem, İsrail
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

6
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

6
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda bir gündə 31 nəfər koronavirusdan öldü

4
(Yenilənib 13:29 28.11.2020)
Ermənistanda son gündə daha 31 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2121-ə çatıb. Xəstəlikdən sağalanların sayı 106479 nəfər olub.

BAKI, 28 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 132346-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1248 nəfər artıb.

Ermənistanda son gündə daha 31 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2121-ə çatıb. Xəstəlikdən sağalanların sayı 106479 nəfər olub. Hazırda bu ölkədə 24459 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61,6 milyonu keçib, 1,44 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19

Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

0
Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", - deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam".

0
  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    "Turan" şirkətinin direktoru Səfər Səfərli Hadrutda tapılan ikona ilə.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atribut Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verilib.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı.