Ermənistanın ikinci prezidenti Robert Koçaryan

"Divana çəkilmək" sırası Koçaryana çatdı

371
(Yenilənib 17:40 26.07.2018)
Qeyd edək ki, Robert Koçaryan 2008-ci 1-2 mart tarixlərində Yerevanda baş verən hadisələrlə bağlı dindirilir

BAKI, 26 iyul — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryan Xüsusi İstantaq Xidmətindədir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə jurnalistlərə xidmətin mətbuat katibi Marine Ohancanyan bildirib.

“Hazırda o, istintaq hərəkətlərinə cəlb olunub. Digər informasiya yoxdur. Sonradan əlavə məlumat veriləcək” – deyə Ohancanyan qeyd edib.

Koçaryanın istintaqın videoyazısının yazılmasını istədiyi də qeyd edilir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci 1-2 mart tarixlərində Yerevanda baş verən hadisələrlə bağlı dindirilir. O zaman güc strukturları ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqini dağıtmışdılar. Döyüş silahından istifadə edilməsi nəticəsində 10 nəfər öldürülmüşdü. Adam ölümünə gətirib çıxaran güc aksiyasının heç bir təşkilatçısı və icraçısı məsuliyyətə cəlb edilməmişdi.

371
Teqlər:
Xüsusi İstantaq Xidməti, ifadə, Robert Koçaryan