Təyyarə

İki pilot təyyarə havada olarkən əlbəyaxa dava edib

112
(Yenilənib 16:15 26.07.2018)
Hadisə yerdən 11 kilometr hündürlükdə baş verib

BAKI, 26 iyul — Sputnik. İraqın "Iraqi Airways" aviaşirkətinə məxsus təyyarənin iki pilotu uçuş zamanı təyyarənin kabinəsində dalaşıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda ölkənin Nəqliyyat Nazirliyi məsələni araşdırır.

"Al Sumaria" telekanalının məlumatına görə, hadisə bir neçə gün əvvəl yerdən 11 kilometr hündürlükdə baş verib. Həmin vaxt təyyarənin göyərtəsində 150 sərnişin olub. Pilotları təyyarənin təhlükəsizlik xidmətinin əməkdaşları ayırıblar.

Dava zamanı təyyarənin kabinəsinə də zərər dəyib. Davanın baş vermə səbəbləri açıqlanmır.

"Iraqi Airways" şirkəti qeyd edib ki, araşdırmalar nəticəsində pilotların ömür boyu uçuşlardan uzaqlaşdırılması da daxil olmaqla ən sərt sanksiyaların tətbiq olunacağı gözlənilir.

112
Teqlər:
"Iraqi Airways" aviaşirkəti, təyyarə, dava, pilot, İraq
Əlaqədar
Rusiya təyyarəsi havada yoxa çıxıb
Türkiyəyə məxsus sərnişin təyyarəsi təcili eniş etdi - SƏBƏB
Fantaziyalar həqiqətə çevrilir: Maşın-təyyarə də gəlir — VİDEO
Sərnişinlər yanan təyyarəni içəridən çəkdilər –VİDEO
Yanğın bölgəsinə yanğınsöndürmə helikopteri və təyyarə cəlb olunub