BAKI, 25 iyul — Sputnik. Mediada məşhur müğənni Hadisənin anası Gülnihal Açıkgözwn intihara cəhd etdiyi yayılan xəbərlərə dair yeni açıqlama gəlib.
Belə ki, Gülnihal Açıkgözün ona diqqət edilmədiyini və xəstə olsa da qızlarının onu həkimə aparmadığını iddia edərək çoxlu dərman içərək özünə qəsd etməsi bildirilirdi.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, olay dair müğənninin sözçüsü açıqlama verib.
Mətbuat sözçüsü Emre Duymazın sözlərinə görə, Hadisənin anası intihar etməyib: "O yediyi qidadan zəhərlənib. Bu səbəbdən 15 gün müddətində xəstəxanada yatıb və daha sonra evə buraxılıb".
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.