F-35 qırıcı təyyarəsi

ABŞ gözləniləni etdi: Türkiyəyə F-35-lər verilmədi

213
(Yenilənib 02:53 25.07.2018)
Düzəlişi həm Senat, həm də Nümayəndələr Palatası bəyənib

BAKI, 25 iyuk — Sputnik. ABŞ beşinci nəsil "F-35" qırıcı təyyarələrini Türkiyəyə göndərməkdən imtina edib.

Sputnik Azərbaycan "The Washington Times"a istinadla xəbər verir ki, buna rəsmi Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almaq qərarı səbəb olub.

Konqresin ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına bununla bağlı düzəliş edilib. Düzəlişi həm Senat, həm də Nümayəndələr Palatası bəyənib.

Düzəlişdə qeyd edilir ki, Pentaqon Ankaranın F-35 proqramında iştirakının ciddi şəkildə dəyişməsini araşdırıb başa çatdırmayana qədər, Türkiyəyə belə təyyarələrin satışı qadağan edilir.

213
Teqlər:
"F-35" qırıcıları, imtina, Türkiyə, ABŞ
ABŞ bayrağı

Birləşmiş Ştatlar Avropa İttifaqı Belarusa sanksiya tətbiq etdi

2
Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı var. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

BAKI, 21 iyun — Sputnik. Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 16 fiziki şəxsə, həmçinin Belarus Milli Təhlükəsizlik Komitəsinə, Belarus DİN-inin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Baş İdarəsinə, Belarus DİN-in Daxili Qoşunlarına, Minskin Akrestsin küçəsindəki cinayətkarların təcrid olunması Mərkəzinə də şamil olunacaq.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont, Belarus Parlamentinin yuxarı palatasının spikeri Natalya Koçanova, Belarus Milli Təhlükəsizlik Komitəsinin "Alfa" xüsusi dəstəsinin komandiri Sergey Zubkov, Minskin milis rəisi Mixail Qrib, Belarusun ədliyyə nazirinin müavini Sergey Kalinovski və Belarusun Baş Prokuroru Andrey Şvedinin də adları var.

Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı qeyd olunub. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

Siyahıda olan şəxslərin Aİ-də bütün aktivləri dondurulacaq və onların Aİ-yə səyahəti qadağan olunacaq.

Ümumilikdə Aİ-nin Belarusla bağlı tətbiq etdiyi üç sanksiya paketi çərçivəsində Aleksandr Lukaşenko da daxil olmaqla 166 Belarus vətəndaşı və 15 təşkilata qarşı sanksiya qəbul olunub.

2
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu

Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”

7
(Yenilənib 14:36 21.06.2021)
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var
Vüqar Zifəroğlu: “Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”

“Son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb”. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, islahatçı qanadı mühafizəkarların əvəz etməsi İranın daxili və xarici siyasətində istər-istəməz müəyyən dəyişikliklərə səbəb olacaq: “Dəyişikliklər istənməsəydi islahatçı namizədlərdən birinin artıq səs toplamasının şahidi olardıq. Dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var. İran hələlik daxildə olan problemlərini həll etməklə məşğul olacaq. Bununla yanaşı Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”.

Vüqar Zifəroğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7