Əli qandallı qadın

Bir kəlmə sözə görə 2 il həbs cəzası alacaq

121
(Yenilənib 10:01 25.07.2018)
Müəllimə üzr istəsə və valideynlər onu bağışlasa, məsələ bitəcək

BAKI, 25 iyul — Sputnik. İstanbulda uşaq bağçasında baş verənlər eşidənləri heyrətləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağçadan evə gələn qız valideynlərinə şikayət edib. O, müəlliməsinin hər kəs içində ona "kök", "küçük" sözlərini tez-tez dediyini və başqa uşaqların yanında onu təhqir etdiyini bildirib.

Valideynləri uşaqlarının təhqir edilməsi ilə bağlı polisə şikayət ediblər. Hazırda polis araşdırma aparır. Müəllimə üzr istəsə və valideynlər onu bağışlasa, məsələ bitəcək. Əks halda müəlliməni uşağa psixoloji zərbə vurduğu üçün 2 ilə kimi həbs gözləyir.

121
Teqlər:
müəllimə, təhqir, İstanbul, uşaq, həbs