Körpə uşaq

Belə hadisə 250 min dəfədə bir olur: İkibaşlı uşaq doğuldu

63
(Yenilənib 14:27 24.07.2018)
Onun bir bədəni, iki əli, iki ayağı var, başı isə ana bətnində deformasiyaya uğrayaraq qəribə formaya düşüb

BAKI, 24 iyul — Sputnik. İndoneziyada iki üzü olan uşaq dünaya gəlib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Gilan Andika adlı oğlan İndoneziyanın Batam şəhərində doğulub.

Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki əli, iki ayağı var, başı isə ana bətnində deformasiyaya uğrayaraq qəribə formaya düşüb. Belə hadisələr 250 min haldan bir baş verir.

Məlumata görə, başın deformasiyaya uğraması, beynin olmaması və əkiz qardaşın üzünün bir bədəndə olması uşağın həyatını təhlükə qarşısında qoyub. Uşağın başına su yığılır. Yerli həkimlər belə vəziyyətdə uşağın ailəsinə kömək edə bilməyəcəklərini deyiblər. Hələ ki, uşaq xəstəxanada həkim nəzarətindədir.

İki başlı uşaq
© Photo : Daily Mail / YouTube
İki başlı uşaq

Gilanın anası bildirib ki, doğuşa qədər uşağın ana bətnindəki vəziyyətindən xəbərsiz olub. Qadın 3 dəfə USM müayinəsindən keçsə də, orada heç nə görünməyib. Uşağa nəzarət edən həkim ailəyə paytaxt Cakartaya gedərək, yaxşı təchiz olunmuş xəstəxanaya müraciət etməyi məsləhət görüb.

63
Teqlər:
Gilan Andika, İndoneziya, ayaq, baş, üz, əl, həkim, xəstəxana, uşaq
Əlaqədar
Bu gün tapılan uşaq barədə ilginc iddia
Hər kəsi təşvişə salan uşaqdan xəbər var
İtkin düşmüş uşağın cəsədi idman çantasından tapıldı
Kürdəmirdə dəhşət baş verdi, ögey ata 5 yaşlı uşağı döyüb öldürdü
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli

Koronavirus Cem Yılmazın filmlərinin məşhur xarakterinin həyatına son qoyub

10
(Yenilənib 20:39 28.11.2020)
COVID-19 virusundan müalicə alan teatr və kino aktyoru xəstəxanada vəfat edib. Bu barədə aktyor Can Yılmaz özünün "Twitter" hesabında məlumat verib.

BAKI, 28 noyabr — Sputnik. Tanınmış teatr və kino aktyoru Muhittin Korkmaz vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor Can Yılmaz özünün "Twitter" hesabında məlumat verib. Teatr və kino aktyoru COVID-19 virusuna görə xəstəxanada müalicə alırmış.

Qeyd edək ki, Muhittin Korkmaz "G.O.R.A", "A.R.O.G", "Yahşi batı", "Pek yakında", "Arif", "216" kimi məşhur filmlərdə rol alıb. Aktyor 2002-ci ildə Cem Yılmazın çəkdiyi reklamlarda Huluti xarakterini canlandırıb. Aktyorun "Komutan Logar, bir cisim yaklaşıyor efendim!" replikası uzun illər insanların dilində əzbər olmuşdu.

10
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, aktyor, Türkiyə, Cem Yılmaz
PKK yaraqlıları, arxiv şəkli

PKK-nın qadın lideri Ermənistan tərəfdən döyüşdüklərini etiraf edib

16
PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri terrorçuların Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirakını təsdiqləyib.

BAKI, 28 noyabr - Sputnik. PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

Anadolu Agentliyinin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumatda bildirilir ki, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib. Terrorçu qadın deyib:

“Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşürük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Qeyd edək ki, Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.

16
Teqlər:
PKK terrorçuları, terrorçular, Azərbaycan, Ermənistan, PKK