İsti hava

Qızmar hava 41 nəfərin ölümünə səbəb olub

132
(Yenilənib 14:04 23.07.2018)
Paytaxtda təcili yardım bir gündə 3099 çağırışa gedib ki, bu da ölkə tarixində rekord göstərici deməkdir

BAKI, 23 iyul — Sputnik. Yaponiyada qızmar hava onlarla insanın ölümünə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iyulun əvvəllərindən havaların isti keçməsi ölüm faktlarının artmasına səbəb olub.

Belə ki, təkcə dünən 11 nəfər istidən dünyasını dəyişib. Yaponiya xəbər agentliklərinin məlumatına görə, dünən havanın tempraturu +40 C olub və bu, sağlamlıq problemləri olan 11 nəfərin ölümünə səbəb olub.

Paytaxt Tokioda təcili yardım bir gündə 3099 çağırışa gedib ki, bu da ölkə tarixində rekord göstərici deməkdir.

Xatırladaq ki, ölkədə iyulun ilk həftəsində 30 nəfər istidən dünyasını dəyişmişdi. 12 mindən çox insan istidən yaranmış sağlamlıq problemləri ilə tibb müəssisələrinə müraciət edib. İsti hava dalğasının hələ həftələrlə davam edəcəyini proqnozlaşdırır.

132
Teqlər:
isti hava, qızmar hava, ölüm, insan, Yaponiya
Əlaqədar
Xəbərdarlıq gəldi: Diqqətli olun, isti hava infarkt riskini artırır
Nabrandakı tanınmış istirahət mərkəzlərinə məcburi göstəriş verildi