Hindistanlı bir qadın inək otararkən, arxiv şəkli

İnəyə görə müsəlmanı döyüb öldürdülər

95
(Yenilənib 18:36 21.07.2018)
Hadisə yerinə gələn polis Əkbərdən ancaq öz adını öyrənə bilib

BAKI, 21 iyul — Sputnik. Hindistanda hinduizm dininə mənsub şəxslər müsəlmanı ölümcül şəkildə döyüblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Hindistanın Racstxan ştatında hindlilər inək qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bildikləri müsəlmanı döyüblər. Məlumata görə, Əkbər adlı fermer və qaçmağa müvəffəq olan başqa bir kişi inəkləri öz kəndlərinə aparırlarmış. Bu zaman onlara 5 nəfər hindli hücum edib.

Hadisə yerinə gələn polis Əkbərdən ancaq öz adını öyrənə bilib. O yolda keçinib.

"Biz araşdırma aparacaq və cinayətkarları həbs edəcəyik" – deyə polis əməkdaşları bildirib.

Xatırladaq ki, inək hindlilər üçün müqəddəs heyvan hesab edilir. Hindistanın 36 ştatından 20-də iribuynuzlu heyvanların öldürülməsi qadağandır. Ölkə qanunlarına görə, inək öldürənlər 7 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ancaq Hindistanda yaşayan müsəlman azlıq inək ətindən istifadə edir və bu da çox zaman hindlilərin hücumları ilə nəticələnir.

95
Teqlər:
ölüm, müsəlman, hinduizm, inək, Hindistan