Yəməndə qaçqınlar

Ərəb ölkəsində dəhşətli epidemiya yayılıb

104
(Yenilənib 12:12 21.07.2018)
Xəstəlik yağışın çox olduğu fəsillərdə, xüsusilə iyun-sentyabr aylarında artır

BAKI, 21 iyul — Sputnik. Vətəndaş müharibəsinin şiddətlə davam etdiyi Yəməndə 132 nəfər denge qızdırmasına yoluxub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə, xəstəliyin yayılmasının qarşısının alınması üçün beynəlxalq və yerli müəssisələrə müraciət edilib.

Ölkədə qızılca, vəba, difteriya və denge qızdırması kimi bir çox xəstəliyin sürətlə yayıldığı bildirilən açıqlamada xəstəliyin ağcaqanadlar tərəfindən daşındığı vurğulanır. Xəstəlik yağışın çox olduğu fəsillərdə, xüsusilə iyun-sentyabr aylarında artır.

Mütəxəssislərin fikrincə, yüksək hərarət və yağışlar malyariya və denge qızdırmasının daşıyıcı olan ağcaqanadların çoxalmasına səbəb olur.

104
Teqlər:
ağcaqanad, vətəndaş müharibəsi, Yəmən, xəstəlik

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa etdiniz?

45
(Yenilənib 13:38 30.09.2020)
Türkiyənin Xarici İşlər Naziri: "Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan, yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Qarabağla bağlı bəyanatına dair şərhinə münasibət bildirərkən qeyd edib.

Çavuşoğlu Makronu dürüst olmağa çağırıb: 

"Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmauel Makron Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatını düşünülməmiş və təhlükəli adlandırıb.

45
İskəndər M raket kompleksi

Paşinyan Azərbaycana qarşı "İsgəndər" "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

111
(Yenilənib 13:23 30.09.2020)
"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir" - Paşinyan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərinin və "Su-30SM" qırıcılarının tətbiqi imkanı məsələsini şərh edib.

"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir", - deyə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

111
Самоходная гаубица во время учений, фото из архива

Ermənistan Silahlı Qüvvələrinin topları dəqiq atəşlə məhv edilib - MN

0
Azərbaycanın Müdafiə Nazirliyi bölmələrimizin mövqelərini atəşə tutan düşmən toplarının dəqiq atəşlə məhv edidiyini açıqlayıb.

BAKI, 30 sentyabr — Sputnik. Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

0