Türkiyə qırıcıları İraqa zərbələr endirdi

© REUTERS / Murad Sezer/File PhotoТурецкий истребитель F-16, фото из архива
Турецкий истребитель F-16, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar Zap, Avaşin və Hakruk vilayətlərində keçirilib

BAKI, 20 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatları davam etdirir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar Zap, Avaşin və Hakruk vilayətlərində keçirilib. Aviazərbələr nəticəsində neçə terrorçunun zərərsizləşdirildiyi açıqlanmır.

Qeyd edək ki, ötən gün Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda terrorçuların mövqelərinə aviazərbələr endirib. Aviazərbələr Qəndil, Şırnak və Siirt bölgələrinə endirilib. Hava zərbələri nəticəsində 9 terrorçu zərərsizləşdirilib.

Həmçinin, Şırnakda pilotsuz uçan aparatla keçirilən əməliyyat nəticəsində terror aktı həyata keçirməyi planlaşdıran 5 terrorçu məhv edilib.

Xəbər lenti
0