Kneset

Türkiyə İsrail arasında yeni qalmaqal yaşanır

143
(Yenilənib 23:32 19.07.2018)
Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir

BAKI, 19 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın İsrail Knessetində qəbul edilən "Yəhudi Milli Dövləti" qanunu sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə rəsmisi qeyd edib ki, ölkəsi İsrail parlamentində qəbul olunan bu qərarı ən sərt şəkildə qınayır: "Fələstin xalqını öz ana vətənlərindən silməni ifadə edən bu irqçi qanunun qəbul edilməsi tamamilə qəbuledilməzdir".

Qeyd edək ki, İsrail parlamenti ölkənin "Yəhudi xarakteri haqqında" Konstitusiya qanunu qəbul edib. Qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.

Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə "xüsusi status" verilir.

"Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir" — deyə baş nazir Benyamin Netanyahu bildirib.

Qanun layihəsi İsrail Knessetində olan 120 deputatdan 62-nin dəstəyini alıb, 55 nəfər isə əleyhinə səs verib. İki deputat fikir bildirməkdən imtina edib. Səsvermə zamanı İsrail parlamentində qalmaqal da yaşanıb. Belə ki, hakim koalisiya səsvermə zamanı qanunu alqışlayıb, ərəb deputatlar isə nümayişkaranə şəkildə sənədi cırıblar.

Hazırda İsrail əhalisinin sayı 8 milyondur. Onun 20%-ni ərəblər təşkil edir. Ərəblər çoxluq təşkil edən yəhudilər kimi hüquqlara malik olsalar da, faktiki diskriminasiyadan şikayətlənirlər.

"Biz ölkənin ərəb sakinləri Netanyahu və onun əlaltılarının qəbul etdikləri irqçi qanunlarla mübarizə aparırıq. Biz Netanyahunun burnunun dibində, onun qəzəbindən qorxmayaraq öz ölkəmizdə yaşayıb, inkişaf edəcəyik" — deyə Knessetin Birləşmiş Ərəb siyahısından olan deputatı Səid əl-Harumi bildirib.

Ərəblərlə yanaşı, qanun layihəsinin əleyhinə mərkəzçi və solçu sionist partiyalar da səs veriblər. Yeni qanun layihəsində İsrailin gerbi, himni, bayrağı və bayramları yer alıb.

143
Teqlər:
qarşıdurma, yəhudi, ərəb, Knesset, İsrail, Türkiyə, qanun, qalmaqal
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

70
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

70
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

33
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

33
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

0
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

0
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat