Rusiya prezidenti Vladimir Putin

Putin Ukrayna Gürcüstana görə xəbərdarlıq etdi

189
(Yenilənib 20:06 19.07.2018)
“Rusiyaya birbaşa təhlükə yaradan bu cür aqressiv addımlara mütənasib cavab veriləcək”

BAKI, 19 iyul — Sputnik. "Rusiya NATO tərəfindən atılan aqressiv addımlara mütənasib şəkildə cavab verəcək, Ukrayna və Gürcüstanı Alyansın sıralarına daxil etməyə tələsənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə düşünməlidir".

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının dünya ölkələrindəki səfirləri və daimi nümayəndələri ilə görüşündə bildirib.

"Rusiyaya birbaşa təhlükə yaradan bu cür aqressiv addımlara mütənasib cavab verəcəyik" — deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, Avropanın təhlükəsizliyinin əsasında əməkdaşlıq və inamın inkişaf etdirilməsidir: " Avropada təhlükəsizlik və sabitlik üçün əsas məsələ Rusiya ilə sərhədlərdə yeni bazalar və NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi yox, əməkdaşlığı genişləndirmək və etimadı bərpa etməkdir".

189
Teqlər:
Gürcüstan, Ukrayna, cavab, xəbərdarlıq, NATO, Rusiya