ABŞ polisi, arxiv şəkli

İnanılmayanları etdi: 27 ildən sonra həbsdən çıxıb 3 nəfəri öldürdü

247
(Yenilənib 23:22 18.07.2018)
Polislər Rodrigezdən niyə bu cinayətləri törətdiyini soruşsalar da, o, bu suala cavab verməyib.

BAKI, 19 iyul — Sputnik. ABŞ-ın Hyuston şəhərində müxtəlif səbəblərdən 27 il həbs cəzası çəkən şəxs həbsxanadan çıxan kimi dəhşət saçıb. Joze Cilberto Rodriges 1 həftə ərzində 3 nəfəri öldürüb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ayağına bağlanılan elektron qandalı qıran 46 yaşlı Rodrigez öldürdüyü şəxslərdən birinin avtomobili ilə qaçıb. Polislər tərəfindən 14 dəqiqə təqib olunan cinayətkar, ələ keçirilib.

5 iyunda həbsdən çıxan Rodriges 9 iyunda bir evi qarət edib. Üstündən 4 gün keçəndən sonra tək yaşayan Pamela Conson adlı 62 yaşlı bir qadını öldürən Rodriges evdən qaçan zaman öldürdüyü qadının avtomobilini də oğurlayıb.

Səhəri gün isə mağazada satıcı işləyən şəxsi öldürüb. İki gün sonra başqa bir mağazanın satıcısını vurub. O, eyni zamanda yanacaqdoldurma məntəqəsində bir avtobus sürücüsünü yaralayıb.

Polislər Rodrigesdən niyə bu cinayətləri törətdiyini soruşsalar da, o, bu suala cavab verməyib.

247
Teqlər:
elektron qandal, cinayətkar, qətl, Hyuston