Rusiyalı əsgər

Rusiya əsgərləri Ermənistanda atəş açdı, adamlar pərən-pərən oldu - VİDEO

505
(Yenilənib 17:04 18.07.2018)
Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb

BAKI, 18 iyul — Sputnik. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçirməsi yerli sakinləri qorxuya salıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Aravot” yazıb.

Hadisə iyulun 17-də gündüz vaxtı baş verib. Kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər: “Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”.

“Bizi əsəbiləşdirən odur ki, icma ərazisində təlim olacağı barədə heç kimə xəbərdarlıq etməyiblər. Əgər Ermənistandan kimsə Rusiyada icma ərazisində bircə evlə bunu etsəydi, faciə düzəltmişdilər. Yaxşı, başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz” – deyə Makeyan əlavə edib.

İcma rəhbəri onu da iddia edib ki, ğır texnikanın tırtılları kənd ərazisində küçələri dağıdıb.

İnsidentin videosu “Facebook” sosial şəbəkəsində yayımlanıb.

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib.

“Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, — Saruxanyan qeyd edib.

Panik kəndi “Alaqyaz” poliqonunun yaxınlığında yerləşir.

505
Teqlər:
102-ci hərbi baza, hərbçilər, qorxu, atəş, Ermənistan, Rusiya
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp İsrail ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

4
(Yenilənib 12:37 14.08.2020)
BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı

BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail üç həftə ərzində Birləşmiş Ştatların ərazisində sülh sazişi imzalayacaqlar. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib.

"Mən çox yaxın vaxtda Ağ Evdə sazişin formal imzalanmasını qəbul etməyə hazırlaşıram. Böyük ehtimalla biz bunu yaxın üç həftə ərzində edəcəyik", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb. BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.

Xatırladaq ki, BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı.

 

4
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər

88
(Yenilənib 11:51 14.08.2020)
Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir"

BAKI, 14 avqust — Sputnik. Rusiya koronavirus əleyhinə peyvəndin yaradılması ilə bağlı Birləşmiş Ştatlara kömək təklif edib, lakin amerikalılar bundan imtina ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən rusiyalı məmur CNN telekanalına açıqlamasında bildirib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Ruptly / РФПИ / WHO / Дмитрий Куракин/Пресс-служба Минздрава России

Kanalın mənbəsi qeyd edib ki, Rusiya ABŞ-ın vaksin hazırlanmasına yönəlmiş "Supersəs sürət" layihəsi çərçivəsində bu ölkəyə "misli görünməmiş əməkdaşlıq" təklif edib. Lakin məlum olub ki, ABŞ Rusiyanın tibbi layihələri üçün "açıq" deyil.

"Rusiyaya qarşı ümumi inamsızlıq hiss olunur və biz hesab edirik ki, vaksinlər, testləşdirmə və müalicə daxil olmaqla bu texnologiyaları ABŞ məhz inamsızlığa görə qəbul etmir", - deyə yüksəkvəzifəli rusiyalı məmur bildirib.

Rusiya rəsmi dairələri telekanala bildiriblər ki, Rusiya Federasiyası vaksin haqqında informasiya mübadiləsinə hazırdır. Bu, ABŞ farmakoloji şirkətlərinə ABŞ-da vaksin istehsal etməyə yardım edə bilər.

Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir":

"Əgər bizim vaksin ən effektiv vaksinlərdən biri olsa, onda suallar meydana çıxacaq: Niyə ABŞ bu imkanı öyrənmədi, niyə siyasət vaksinin yoluna çıxdı".

Bu arada ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, ABŞ-da Rusiya vaksini "tam hazırlanmış hesab olunmur və ona görə də Amerikada ciddi maraq doğurmayıb".

"ABŞ onu heç meymunlar üzərində sınamayacaq, o ki qaldı insanlar üzərində", - deyə adı çəkilməyən ABŞ məmuru bildirib.

Öz növbəsində RF Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib ki, Rusiya COVID-19 əleyhinə vaksinin hazırlanması sahəsində ABŞ-a heç bir rəsmi təklif göndərməyib.

Xatırladaq ki, avqustun 11-i Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

88
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Əldə bıçaq, arxiv şəkli

Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 14 avqust — Sputnik. Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Əlaqədar
Şəmkirdə qohumlar arasında dava - ölən var
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü