Ancelina Coli

Ancelina Colidən təsirli addım - VİDEO

46
(Yenilənib 12:24 18.07.2018)
Aktrisanı beş uşağını tək böyüdən suriyalı qadının hekayəsi təsirləndirib

BAKI, 18 iyul — Sputnik. Məşhur aktrisa Ancelina Coli humanist addımı ilə insanların böyük rəğbətini qazanıb. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı İdarəsinin xüsusi elçisi olan Ancelina Coli İraqda suriyalı qaçqınların məskunlaşdığı sığınacağa baş çəkib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, aktrisanı beş uşağını tək böyüdən suriyalı qadının hekayəsi təsirləndirib. Belə ki, Roniya adlı suriyalı qadın müharibə başlayan kimi Suriyanı tərk edib. Qadın altı ildir beş qızı ilə miqrant sığınacaqlarında yaşayır.

Qadın aktrisa ilə söhbəti zamanı bunu deyib: "Mənim ərim talassemiyadan əziyyət çəkirdi. O, vəfat edib".

46
Teqlər:
suriyalı qaçqınlar, Ancelina Coli, aktrisa
Əlaqədar
Ancelina Coli elə şəkillər çəkdirdi ki...
Ancelina Coli Kamboca genosidi haqda film çəkir
Ancelina Coli II Yekaterinanı canlandıracaq
Rəcəb Tayyib Ərdoğan iftarda Ancelina Coli ilə görüşəcək
Ancelina Coli Türkiyədəki Suriya qaçqınlarını ziyarət edib