Azərbaycanlı narkotacirlərə qarşı əməliyyat: Onları ömürlük həbs gözləyir - VİDEO

© Sputnik / Levan AvlabreliПолицейская оградительная лента на месте преступления в Грузии, фото из архива
Полицейская оградительная лента на месте преступления в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılanları 8 ildən 20 ilədək və ya ömürlük həbs gözləyir

BAKI, 17 iyul — Sputnik. Gürcüstanda azərbaycanlılar saxlanılıb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadla xəbər verir ki, əsasən azərbaycanlıların çox yaşadığı Qardabani rayonunun Qaracala kəndində və Tiflisin Poniçala qəsəbəsində polis narkotik alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu zaman qanunsuz narkotik maddə almaq və saxlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Evlərdə aparılan axtarış zamanı 18 paket heroin, 2 tapança, 1 ov tüfəngi, narkotik vasitə hesab edilən Buprenorfin, Suboteks, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu götürülüb. Bildirilir ki, saxlanılanları 8 ildən 20 ilədək və ya ömürlük həbs gözləyir.

Xəbər lenti
0