ABŞ bayrağı

ABŞ-da rusiyalı qadın casus kimi tutuldu

115
(Yenilənib 01:05 17.07.2018)
İttiham tərəfi qeyd edir ki, o, Rusiya hökumətinin casusudur

BAKI, 17 iyul — Sputnik. ABŞ-da rusiyalı Mariya Butina adlı qadın həbs edilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki. ABŞ Ədliyyə Nazirliyi onu Rusiyaya casusluqda ittiham edir.

Butinanı Amerika "hökumətində müvafiq qeydiyyatı olmadan xarici dövlətin agenti işləmək üçün danışığa getməkdə" şübhəli bilirlər. Bundan əlavə, rusiyalı qadın "Amerika siyasətinə təsiri olan təşkilatlara daxil olmaq və insanlarla əlaqə qurmağa cəhd etməkdə" ittiham ediblər.

İttiham tərəfi qeyd edir ki, o, Rusiya hökumətinin casusudur. Qadın iyulun 15-də həbs olunub. Kolumbiya dairəsinin məhkəməsi onun ən azı iyulun 18-nə kimi həbs olunması qərarı çıxarıb. Həmin gün məhkəmədə dinləmə olmalıdır. Butinanı 5 il həbs cəzası gözləyir.

115
Teqlər:
həbs, casus, qadın, Rusiya, ABŞ
İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Biz indi koronavirus dalğasının harasındayıq?

1
Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci daklğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Koronavirusdan ən çox belə xəstələr ölür
Koronavirusa yoluxanların sayı yenə sağalanları üstələdi: ölənlər var
Koronaviruslu xəstələrə qulluq etdiklərinə görə qadınları morqa saldılar
Dmitri Nazarov, arxiv şəkli

Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu

3
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək

BAKI, 25 may - Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinin və Almaniya çempionatının ikinci diviziyasının “Ersgebirge Aue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Bundesliqanın koronavirus pandemiyası ilə bağlı tövsiyəsini pozub.

Sputnik Azərbaycan bu barədə MDR-ə istinadən xəbər verir.

Nazarov II Bundesliqanın “Nürnberq” klubuna qarşı oyunda vurduğu qolu (1:1) qeyd edərkən öz klubunun texniki zonada dayanan əməkdaşını qucaqlayıb. Bu isə Almaniya futbol rəhbərliyinin tövsiyələrinə ziddir.

Almaniya çempionatının bərpasından əvvəl Bundesliqa rəhbərliyi futbolçulara vurduqları qolları qeyd edərkən bir-biri ilə qucaqlaşmamağı tövsiyə edib.

Nazarovun qucaqladığı əməkdaş isə klubun avtobusunun sürücüsü Tomas Romeyke olub.

İş burasındadır ki, “Nürnberq”lə oyundan əvvəl  “Ersgebirge Aue”nin avtobusu minik avtomobili ilə toqquşub, Romeykenin sayəsində isə onlar ciddi xəsarətlərdən qurtula biliblər.

İndi Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək.

“Ümid edirəm, Bundesliqa rəhbərliyi məni buna görə cərimə etməyəcək, axı Tomas bizim həyatımızı qurtardı. Əgər onun ani reaksiyası olmasa idi, hər şey tamam başqa cür ola bilərdi. Ona görə qol vuran kimi dərhal Tomasın yanına qaçdım. Bir qədər insanlıq göstərmək lazımdır”, - Nazarov deyib.

O, həmçinin qəzaya rəğmən sabahı gün oyuna çıxan komanda yoldaşlarına da təşəkkür edib. Nəşr güman edir ki, Nazarovu, çox güman ki, cəzalandırmayacaqlar. Çünki qucaqlaşma qadağası yalnız tövsiyə xarakteri daşıyır və Bundesliqa oyunlarının keçirilmə reqlamentində qeyd olunmayıb.

Əlavə edək ki, İkinci Bundesliqanın oyunlarının bərpasından sonra Nazarov artıq ikinci oyundur ki, dalbadal qollar vurur. Bundan əvvəl o, “Zandhauzen”lə oyunda yeganə qələbə qolunun müəllifi olub (1:0).

3
Əlaqədar
"Yuventus" "Barselona"ya yox deyir
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım
Holland ulduz yenidən "Qalatasaray"da