Çində gəmi qəzaya uğradı, itkin düşənlər var

© AFP 2023 / Ted ALJIBEDənizdə gəmilər, arxiv şəkli
Dənizdə gəmilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarış işlərində 15-ə yaxın gəmi cəlb olunub

BAKI, 17 iyul — Sputnik. Çinin Şanxay şəhəri ərazisində Usunkou limanı yaxınlığında "Şuntsyan-2" adlı yük gəmisinin aşması nəticəsində 10 nəfər itkin düşüb.

Sputnik Azərbaycan "Seanews"-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında "Shunqiang 2" gəmisinin başqa bir gəmi ilə toqquşması nəticəsində baş verib. Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan hələlik üçü xilas edilib.

Hazırda hadisə yerində axtarış işləri davam etdirilir. Axtarış işlərində 15-ə yaxın gəmi cəlb olunub.

Xəbər lenti
0