Oyun oynadı, sonra məscidə hücum edib adam öldürdü

© Photo : İHACinayət işi
Cinayət işi - Sputnik Azərbaycan
Abunə olmaq
O, ifadəsində, "Faşizmə ölüm" deyərək öldürdüyü şəxsin kim olduğunu bilmədiyini qeyd edib

BAKI, 17 iyul — Sputnik. Türkiyədə keçən il Ramazan ayında məscidə bıçaqla hücum edib, iki nəfəri yaralayıb və bir nəfəri öldürən Ömər Baş haqqında cinayət işi başlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisədən əvvəl Ömər Başın Counter Strike oyunu oynadığı müəyyən edilib. Həddən artıq uzun müddət oyun oynayan şəxsin reallıqla əlaqəsinin kəsildiyini və özünü oyunda sanaraq cinayət edə biləcəyi istisna edilmir.

O, ifadəsində, "Faşizmə ölüm" deyərək öldürdüyü şəxsin kim olduğunu bilmədiyini qeyd edib. Ömər Başın atası oğlunun xüsusi mühafizə şirkətinin əməkdaşı olduğunu, psixoloji problemlər yaşadığını, gündüzlər Counter Strike oynadığını və gecələr özünə aid avtomobilində yatdığını bildirib.

Hadisə zamanı ağır yaralanan Cabir Gözəl və Şaban Gökhüseyin Ömər Başı tanımadıqlaırnı deyiblər.

Hadisə zamanı məscidə namaz qılmağa getdiyini deyən Baş isə törətdiyi hadisədən xəbərsiz olduğunu bildirib.

Prokurorluq Ömər Başın 40 il azadlıqdan məhrum edilməsini tələb edib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0