BAKI, 16 iyul — Sputnik. 28 yaşlı rusiyalı bank işçisi Sergey Kovalçuk sevgilisi Vera Nurbayevanı boğaraq öldürüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə sosial şəbəkələr vasitəsi ilə tanış olan gənclər sevgili olmağa qərar veriblər. Maraqlıdır ki, Vera Nurbayeva bundan əvvəl beynəlxalq cinayətkar qrup tərəfindən fahişəliyə məcbur edilmək üçün qaçırılıbmış.
Hadisə Yeni İl gecəsi baş verib. Sergey qızın onun telefonun oğurladığını iddia edib və onlar dalaşıblar. Gənc oğlan Veranı yerə yıxaraq, onu boğaraq öldürüb. Sonra isə öldürdüyü sevgilisinin daxili orqanlarını mətbəx bıçağı ilə çıxararaq, tualetə atıb.
Sergey 23 yaşlı qadının başını və ayaqlarını isə bədənindən ayıraraq, zibil torbasına qoyub və Moskva ərtafındakı zibilliklərdən birinə atıb.
Qadının bədəni və daxili orqanları tapılmasa da Sergey cinayəti törətdiyini etiraf edib və cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə könüllü olaraq polisə təslim olan, cinayətini etiraf edərək pe4şinman olduğunu deyən Sergey barəsində 9,5 il həbs qərarı çıxarıb.
BAKI, 8 mart - Sputnik. Dünyanın ən varlı adamı hesab edilən Amazon şirkətinin rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skott Siettldən olan təbiət fənni müəlliminə ərə gedib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal yazır.
Bir müddət əvvəl M.Skott 1,7 milyard dolları xeyriyyəyə xərclədiyini Medium platformasındakı bloqundan bəyan eləmişdi. Elə həmin yazıda da soyadını dəyişdiyini bildirmişdi. Dekabrda qadın yazırdı ki, Bezosdan ayrılandan sonra öz varidatından 4 milyard dollar xərcləyib.
Skottun yeni əri Den Cuett isə uzun illər müəllim işlədiyini, indi isə "xoşbəxt təsadüf nəticəsində ən xeyirxah və comərd insanla ailə qurduğunu" bildirib. Onun bu sözləri Giving Pledge beynəlxalq xeriyyə şirkətinin saytında sitat gətirilir. O qeyd edib ki, başqalarına yardım etmək məqsədilə xanımı ilə birgə nəhəng pullar sərf etməyə hazırdır.
Amazon-un nümayəndəsi isə Ceff Bezosun keçmiş xanımı və onun yeni ərinə görə xoşbəxt olduğunu, üstəlik, Cuetti "yaxşı oğlan" hesab etdiyini söyləyib.
Ötən ilin sentyabrında dünya KİV-ləri yazırdı ki, Makkenzi Skott dünyanın ən varlı qadınına çevrilib.
BAKI, 8 mart - Sputnik. Rusiyanın S-400 zenit-raket sisteminin tətbiqi məsələsində ABŞ-ın Türkiyəyə təzyiq etmək cəhdləri əks nəticələr verə bilər. Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə müsahibəsində deyib.
"Əgər başqa bir ölkə bizə maksimalist mövqeyindən "ya biz deyən olacaq, ya da olmayacaq" deyə tələb qoyarsa, bu bizi başqa istiqamətlərə yönəldər", - Kalın deyib.
Ərdoğanın sözçüsü amerikalı partnyorları Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamağa çağırıb.
Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.
2020-ci ilin dekabrında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.
BAKI, 8 mart - Sputnik. Səhərə yaxın Füzuli rayonu ərazisində polis işçilərinin sayıqlığını yoxlamağa cəhd edənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib.
Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.