Yaponoiyada sel

Leysan yağışı 209 nəfərin həyatına son qoydu

134
(Yenilənib 15:25 14.07.2018)
Təbii fəlakət nəticəsində 20 nəfər itkin düşüb

BAKI, 14 iyul — Sputnik. Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı durmadan artır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, daşqın nəticəsində ölkəyə ciddi ziyan dəyib.

Leysan və daşqın nəticəsində ən azı 209 nəfər dünyasını dəyişib. Daha bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Təbii fəlakət nəticəsində 20 nəfər itkin düşüb. Daha 28 nəfərin isə hələlik yerini müəyyən etmək mümkün olmayıb.

Baş verən fəlakətin nəticələrini aradan qaldırmaq üçün 63 min polis, xilasedici və yanğınsöndürən cəlb olunub. Xilasetmə əməliyyatında eyni zamanda 80 helikopterdən istifadə olunur.

Bəzi ərazilərdə torpaq sürüşməsi təhlükəsi yaranıb. İsti hava şəraiti vəziyyəti daha da ağırlaşdırır. 35 dərəcə isti kənd təsərrüfatına böyük ziyan vurub.

134
Teqlər:
itkin düşənlər, ölən, sel, daşqın, leysan yağışları, Yaponiya