Ekstrasens Zirəddin Rzayev

Zirəddin Rzayev oliqarxın sevgilisi olan məşhur qadının sirli ölümünün üstünü açdı

5845
(Yenilənib 09:58 13.07.2018)
Azərbaycanlı ekstrasens evinin yanında cəsədi tapılan məşhur şounun iştirakçısı Anastasiya Tarasyuk haqqında fikir bildirib

BAKI, 12 iyul – Sputnik. Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Andrey Malaxovun "Birbaşa efir" ("Прямой эфир") verilişinin qonağı olarkən rusiyalı oliqarxın sevgilisi, "Dom-2" realiti şousunun sabiqi iştirakçısı Anastasiya Tarasyukun ölüm səbəbini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, verilişin yazısı "Rossiya 1" telekanalının "Youtube" hostinqində yerləşdirilib. Bu dəfə Andrey Malaxov öz verilişində iyunun 22-i cəsədi Moskvada yaşadığı elit yaşayış komplekslərinin həyətində tapılan Anastasiya Tarasyukun sirli ölümünün üstünü açmağa qərar verib. Şounun qonağı olan Zirəddin Rzayev vurğulayıb ki, gənc qızın şou əməkdaşları tərəfindən ona verilən bütün şəkillərini nəzərdən keçirib.

"Ola bilsin ki, kiməsə mənim sözlərimi ağrılı gəlsin, lakin mən əminliklə deyə bilərəm ki, o intihar edib. Heç bir qətl olmayıb. O, bundan əvvəl də bir neçə dəfə intihar etməyə çalışıb, ancaq nəsə ona hər dəfə mane olub" — deyə Zirəddəin qeyd edib.

O, vurğulayıb ki, ona intiharın dəqiq səbəblərini demək çətindir, lakin aydındır ki, bu məsələdə onun doğmaları, yaxınları və sevdiyi şəxs günahkardır. Zirəddinin sözlərinə görə, xaricdən o, həmişə həyatı sevən qız kimi görünüb, lakin o ruhən həmişə əziyyət çəkib, ağrıyıb. Ona görə də depressiyada olub. Rzayev əlavə edib ki, Tarasyukun həm də zərərli vərdişləri olub – o çoxlu spirtli içki qəbul edib, hətta dostlarının arasında olanda dərmanlar da atıb. Lakin onu narkoman adlandırmaq da olmaz.

"Onu həmişə daima qəribə, qeyri-adekvat adamlar əhatə edib. O, yəqin ki, onların təsiri altına düşüb. Mən əminəm ki, o iki uşağı olan evli kişi ilə görüşüb" – deyə Rzayev bildirib.

5845
Teqlər:
Andrey Malaxov, veriliş, Zirəddin Rzayev, sui-qəsd, qətl, intihar
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

12
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

12
Oskar mükafatı

Srebrenitsa soyqırımından bəhs edən film "Oscar"a namizəddir - VİDEO

6
"Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb

BAKI, 26 fevral — Sputnik. Bosniyalı rejissor Jasmila Jbanicin Türkiyənin TRT yayımçısı və TRT ilə əməkdaşlığı ilə lentə alınan, Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oscar" mükafatına namizəd olub.

Sputnik Azərbaycan "TRT Russian"-a istinadən xəbər verir ki, filmdəki hadisələr Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyalının Serbiya ordusu tərəfindən öldürüldüyü yerlərdə lentə alınıb. Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini, o günlərin şahidlərinin dilindən təsvir edib. "Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda, keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırımı zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.

6
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0