Türkiyə böyük əməliyyat keçirdi, 40 terrorçu zərərsizləşdirildi

© REUTERS / Huseyin AldemirPolis xüsusi təyinatlısı İstanbulda, arxiv şəkli
Polis xüsusi təyinatlısı İstanbulda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir həftə ərzində əməliyyatlar nəticəsind 25-i ölü, 2-sağ, 13-ü də təslim olmaqla 40 terrorçu zərərsizləşdirilib.

BAKI, 10 iyul — Sputnik. Türkiyədə 2-9 iyul tarixlərində həyata keçirilən əməliyyatlar nəticəsində 40 terrorçu zərərsizləşdirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ümumilikdə, son bir həftə ərzində Türkiyə Hüquq Mühafizə orqanları və Silahlı Qüvvələri tərəfindən 1985 əməliyyat həyata keçirilib. Əməliyyatlar nəticəsində PKK- ilə bağlılığı olan 88, İŞİD-lə iş birliyində olan 51, FETÖ-ilə bağlılığı olan 885, sol terror təşkilatı ilə bağlılığı olan 3 şəxs saxlanılıb.

Son bir həftə ərzində əməliyyatlar nəticəsində 25-i ölü, 2-sağ, 13-ü də təslim olmaqla 40 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0