Dünyanın ən varlı adamı

© empireonline.comCon Rokfeller
Con Rokfeller - Sputnik Azərbaycan
Abunə olmaq
Forbes-in fikrincə, Con Rokfeller dünyanın gəlmiş-getmiş ən varlı adamıdır

BAKI, 8 iyul — Sputnik. Con Rokfeller 8 iyul 1839-cu ildə kasıb Amerika ailəsində anadan olub. Con 7 yaşından işləməyə başlayıb. Məktəbdə oxumadan, Con sadə mühasib vəzifəsində calışmağa başlayıb, sonra isə kiçik bizneslə məşğul olub.

Qısa müddət sonra Con taxıl ticarəti edən şirkətin tərəfdaşı olur. Şirkət vətəndaş müharibəsi zamanı ordunu kənd təsərrüfat məhsullarıyla təmin edir və bununla varlanır. 

Qazandığı pula Rokfeller öz tərəfdaşları ilə neft emalı zavodu inşa edir. 1870-ci ildə Con Rokfeller "Standart Oil Co" şirkətini qurur. 1878-ci ildə isə bu şirkət ABŞ neft sənayesini artıq öz inhisarına almışdı və enerji ticarətinin 95 faizinə nəzarət edirdi. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir ilkə imza atdı və ABŞ tarixində ilk dəfə olaraq trest yarandı. Bu trestə 37 şirkət daxil olmuşdu və onun ümumi kapitalı 70 milyon dollar idi. Trestin 9 nəfərlik idarə heyətinə şəxsən Con Rokfeller özü başçılıq edirdi.

1913-cü ildə Rokfellerin varidatı 1 milyard dollar dəyərində qiymətləndirilirdi. O ilk dollar milyarderi kimi tarixə düşüb. 20-ci əsrin ortalarında isə Rokfeller dünyanın ən varlı adamı idi. Forbes-in fikrincə, Rokfeller dünyanın gəlmiş-getmiş ən varlı adamıdır.

Con Rokfeller 1937-ci il mayın 23-də 98 yaşına iki ay qalmış vəfat edib.

Xəbər lenti
0