Türk ordusunun əsgərləri, arxiv şəkli

Türkiyə Menbiçə girir, əməliyyat planı açıqlandı

250
(Yenilənib 12:03 06.07.2018)
Mövlud Çavuşoğlu: "Artıq şəhərin içərisinə girmə vaxtıdır"

BAKI, 6 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiçlə bağlı yol xəritəsinin reallaşdırıldığını və artıq şəhərə girmə vaxtının çatdığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu türk nazir "Anadolu"ya müsahibəsində bildirib.

Tükr qırıcıları, arxiv şəkli
© Sputnik / Aleksey Vitvitsky

"İŞİD, PKK/YPG-yə qarşı ən çox biz mübarizə apardıq. ABŞ-la uzun müddət aramızda böyük bir problem olan YPG məsələsi ilə bağlı bir yol xəritəsi hazırladıq və biz bu planı reallaşdırırıq. Hazırlıq mərhələsində bir sıra addımlar atılıb. İndi isə şəhərin içinə girmə vaxtıdır. Bu mərhələdə PKK/YPG bu bölgədən geri çəkiləcək və onların silahları əllərindən alınacaq" — deyə Çavuşoğlu bəyan edib.

O, eyni zamanda qeyd edib ki, yol xəritəsi ilə bağlı Kobanidə kürdlərin narahat olmasına ehtiyac yoxdur: "Çünki, YPG orada onlara zülm edir. Kobanidə baxacağıq, əgər yerli əhalinin böyük əksəriyyətini kürdlər təşkil edirsə, onda rəhbərlik də belə formalaşdırılacaq".

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə ilə ABŞ arasında əldə olunan razılığa əsasən, PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

250
Teqlər:
kürd, Suriya, YPG, PYD, PKK, Menbiç, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə
Əlaqədar
Türkiyə ordusu yenə çalxalandı, yüksək rütbəli hərbçilər saxlanıldı
Ərdoğan bəyan etdi: “Türk ordusu Qəndil və Sincarda əməliyyata başlayıb”
Türk ordusu daxilində daha bir əməliyyat: Tutulan hərbçilərin sayı 500-ü keçdi
Türkiyədə yenə FETÖ "fırtınası" qopdu, ordu çalxalanır
Türkiyə ordusunun yüzlərlə hərbçisi tutuldu - Qəfil əməliyyat