Tehranda Borje Milad teleqülləsi

Yanğın qəzalar qonşuda onlarla insanın ölümünə səbəb olub VİDEO

82
(Yenilənib 04:39 06.07.2018)
Tehrandan 20 kilometr cənub-şərqdə kağız fabrikində zəhərli qazın sızması baş verib

BAKI, 6 iyul — Sputnik. Güclü istilər və anomal temperatur İranda xeyli sayda yanğının baş verməsi ilə nəticələnib. Bu barədə Sputnik Azərbaycan "Fars" agentliyinə istinadən xəbər verir.

İlk böyük yanğın İranın Gülüstan milli parkında baş verib. Daha sonra yanğın Şimali Xorastan əyalətinə keçib. Yanğına səbəb quru otların alışması olduğu bildirilir.

Yanğının söndürülməsinə İran İslam İnqilabı Keşikçilər Korpusunun üzvlər və ordu cəlb olunub. Lakin buna baxmayaraq yanğını nəzarət altına almaq mümkün deyil. Parkın ümumi həcmi 900 kvadrat kilometr təşkil edir. 

Bundan əlavə İranın paytaxtı Tehranda da güclü yanğın baş verib. 760 çadırlıq bazar külə dönüb. Yerli sakinlər isə yanğının arxasında aylardır çadır bazarını bağlamaq istəyən yerli rəhbərliyin durduğunu iddia edir.

Həmçinin Tehrandan qərbdə yerləşən kimyəvi müəssisədə baş verən qəzada 1 işçi ölüb, onlarla insan yaralanıb.

Bundan əlavə Tehrandan 20 kilometr cənub-şərqdə kağız fabrikində zəhərli qazın sızması baş verib. Nəticədə 4 işçi ölüb.

82