İstifadəçilər "gələcəkdən gəlmiş adamı" ifşa etdilər

© Photo : Youtube / ApexTVNoah
Noah - Sputnik Azərbaycan
Abunə olmaq
“Gələcəkdən gəlir, amma bu günün telefonunu işlədir”

BAKI, 6 iyul — Sputnik. Noah adlı gənc özünün gələcəkdən gəldiyini iddia edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, video çəkərək sosial şəbəkələrə yerləşdirib. Videoda Noah iddia edir ki, 2120-ci ildən gəlib və əlindəki telefonda həmin ildə çəkilmiş videonu göstərib. Videoda ABŞ-ın Las-Veqas şəhəri göstərilir.

Videoya sosial şəbəkələrdə tənqidi münasibətlər gəlib. Orada bəzi insanlar “Gələcəkdən gəlir, amma bu günün telefonunu işlədir” yazaraq tənqid ediblər.

Xəbər lenti
0