Fələstində etirazlar

İsrail əsgərləri 25 fələstinli uşağı qətlə yetiriblər

126
Öldürülən uşaqların 21-i həqiqi mərmi ilə vurulub

BAKI, 2 iyul — Sputnik. Beynəlxalq Fələstin Uşaq Müdafiəsi Hərəkatının hesabatına görə, 2018-ci ilin əvvəlindən bəri 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

İsrail əsgərlərinin fələstinli uşaqları "qəsdən öldürdüyü" qeyd olunan hesabatda 21 uşağın Qəzza zolağında, 4-nün isə İordan çayının Qərb sahilində baş verən insidentlər nəticəsində həlak olduğu qeyd edilir.

Hesabatda, həmçinin vurğulanır ki, öldürülən uşaqların 21-i həqiqi mərmi ilə vurulub. Onlardan 11-i baş və boyun nahiyələrindən güllələnib.

İsrail əsgərləri ən son ötən cümə günü Qəzzada "Böyük dönüşü yürüşü" aksiyasına qatılan 12 yaşındakı Yasir Ebu Necayı başından güllələyib.

126
Teqlər:
İsrail, uşaq, hesabat, Beynəlxalq Fələstin Uşaq Müdafiəsi Hərəkatı
Əlaqədar
Fələstinlilər məqsədlərinə çatdılar
İsrail prezidentindən Fələstinə gözlənilməz jest
Ankara Fələstini tək qoydu: Qüds məsələsində geri addım
ABŞ yeni xəritə çəkdi: İsrailə əlavə torpaqlar, Fələstinə isə kiçik ərazili dövlət
Dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyirik – səfir