Su kranı, arxiv şəkli

Əhali su probleminə görə küçəyə axışdı - VİDEO

132
İranda suyun tez-tez fasilələrlə verilməsinə görə, ölkənin cənub qərbindəki şəhərlərdə xalq küçələrə çıxaraq etiraz aksiyası keçirib

BAKI, 30 iyun — Sputnik. İranda suyun tez-tez fasilələrlə verilməsinə görə, ölkənin cənub qərbindəki şəhərlərdə xalq küçələrə çıxaraq etiraz aksiyası keçirib.

Sputnik Azərbaycan "TRT Haber"ə istinadla xəbər verir ki, Huzistan əyalətində nümayişçilər içməli suyun duzlu olmasını və tez-tez baş verən su fasilələrinə etiraz məqsədilə aksiya keçirib.

Əhali istiliyin 50 dərəcənin üzərinə çıxmasına görə çətin günlər keçirir. 

Əllərində su butulkaları tutan etirazçılar "Bacarıqsız rəhbərlər istəmirik. Oğrular din adına bizi talayıb" şüarları səsləndiriblər.

Kranlardan axan suyun duzlu olması səbəbindən əhali içməli suyu pulla alır.

Huzistan əyalətinə bağlı Abadan şəhərində də ötən həftə analoji aksiya keçirilmişdi. Abadanda yüzlərlə vətəndaş hökumətin xarici siyasətini hədəf alıb və "ABŞ-ın düşmən olduğunu yalan deyirlər, bizim düşmən məhz buradadır" şüarları səsləndiriblər.

İranda yağış miqdarının və məhdud su ehtiyatlarının azalması ilə ortaya çıxan quraqlıq ölkədə su böhranına səbəb olur.

132
Əlaqədar
Məcburi köçkünə zülm yaşadırlar: Yolunu bağlayıblar, həyətini də su basıb...
Türkiyə seçim edir: Su-57, yoxsa F-35
Bakıda qanı su yerinə axıdan amansız qatil ortaya çıxdı
Sabah Bakıda su qıtlığı yaranacaq