Kokain

Narkotik satışına dair şok faktlar açıqlandı

332
(Yenilənib 18:20 30.06.2018)
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən dünya üzrə narkotik hesabatı hazırlanıb

BAKI, 30 iyun — Sputnik. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən dünya üzrə narkotik hesabatı hazırlanıb.

Sputnik AzərbaycanAnadolu” agentliyinə istinadla xəbər verir ki, hesabatda dünyada narkotik satışının əhəmiyyətli bir qisminin artıq internet vasitəsilə həyata keçirildiyi vurğulanıb.

Hesabata görə, dünyada narkotik istifadəçilərinin sayı bu il 275 milyon nəfərə çatıb. Ötən il isə bu rəqəm 250 milyon nəfər olub.

BMT-nin hesabatında ən diqqət çəkən məqamlardan biri internet üzərindən narkotik satışının həyata keçirilməsidir. İnternet vasitəsilə ciddi miqdarda narkotik ticarətinin aparılması ilk dəfə beynəlxalq bir hesabata daxil edilib.

332
Əlaqədar
Azərbaycanda bir gündə 17 ton narkotik bitki məhv edildi
Böyük miqdarda narkotik dövriyyədən çıxarıldı
Astarada narkoşəbəkə aşkar edildi: Silah və narkotik tutuldu
Polis 700 kiloqram narkotik ələ keçirdi