Türkiyə PKK liderlərindən birini məhv etdi

© AFP 2023 / OZAN KOSETürk xüsusi təyinatlısı, arxiv şəkli
Türk xüsusi təyinatlısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatlarına başlamasından bəri zərərsizləşdirən terrorçuların sayı 4513-ə çatıb

BAKI, 30 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri son bir həftə (22-28 iyun) tarixlərində keçirdiyi əməliyyatlar zamanı 56 terrorçu məhv edilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, zərərsizləşdirilən PKK yaraqlılarından biri terror təşkilatının liderlərindəndir.

Ümumilikdə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatlarına başlamasından bəri zərərsizləşdirən terrorçuların sayı 4513-ə çatıb.

Xəbər lenti
0