Kanadalı 24 arvadı və 149 uşağı olduğuna görə həbs edildi - VİDEO

© Photo : Global NewsVinston Blakmor
Vinston Blakmor - Sputnik Azərbaycan
Abunə olmaq
Blakmor 75 saat pulsuz işləmə cəzası ilə də cəzalandırılıb

BAKI, 30 iyun — Sputnik. Kanada sakini Vinston Blakmor 24 qadınla nikaha girmə səbəbindən 6 ay ev həbsi və 150 saat pulsuz ictimai işlərə cəlb edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, The Globe and Mail-in xəbərinə görə, 1990-2014-cü illər arasında 24 qadınla evlənən və 149 uşağı olan Blakmor məhkəmə tərəfindən cəzalandırılıb.

Onun evləndiyi 24 arvadından 9-nun evlilik zamanı yaşı 18-dən aşağı,  4-nün isə 15 yaşı olub. Blakmor məhkəmədə dini inancı səbəbindən bu qədər arvad aldığını və qərarla razılaşmadığını bildirib.

Ceyms Oler adlı digər bir kişi isə 5 qadınla evləndiyi üçün 3 ay həbs cəzası alıb. Oler eyni zamanda 75 saat pulsuz işləmə cəzası ilə də cəzalandırılıb.

Məlumata görə, Blakmor və Olerin son 100 ildə çoxarvadlılıq səbəbi ilə həbs edilən ilk kanadalı olduqları bildirilir. Onların hər ikisi xristian dinin mormon qanadının üzvləridir. Mormonlar çoxarvadlılığı təbliğ edir.

Xəbər lenti
0