Agung vulkanı

Yer üzünü daha bir vulkan təhlükəsi alıb

131
(Yenilənib 03:46 30.06.2018)
Aidiyyatı qurumlar ərazidə yaşayan 300 nəfəri təcili təxliyə edib

BAKI, 30 iyun — Sputnik. İndoneziyanın Bali adasında olan Agung vulkanı yenidən kül və duman püskürməyə başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, vulkanın püskürməyə başlamsı ilə bağlı ərazidə yaşayan əhaliyə maska istifadə etmələri məsləhət görülüb.

"Jetstar" və "AirAsiya" hava yollarıl şirkətləri Avstraliya şəhərlərindən Baliyə bütün uçuşları ləğv edib və bununla bağlı intertent saytları vasitəsilə xəbərdarlıq edib. Ölkənin ən çox turist gələn bölgəsi olan Bali adasındakı Agung vulkanı son dəfə 1963-cü ildə püskürüb və bu zaman 1100 nəfər dünyasını dəyişib.

Vulkandan püskürən kül və duman 2 min metrə qədər yüksəlir. Aidiyyatı qurumlar ərazidə yaşayan 300 nəfəri təcili şəkildə təxliyə edib.

131
Teqlər:
kül, təhlükə, vulkan, İndoneziya
Qadın Honqkonqda valyutadəyişmə məntəqəsinin qarşısından keçir, arxiv şəkli

Çin turistləri cəlb etmək üçün daha bir yola əl atır

0
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar.

BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.

Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.

Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.

Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.

0

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

88
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88