Susseks Hersoqu və Hersoqinyası Meqan Markle və Şahzadə Haкri, arxiv şəkli

Şahzadəyə sevimli yeməyini yemək qadağan edildi

159
Bu qaydalar kral ailəsində ağızdan pis qoxunun gəlməsinin qarşısının alınması üçün qadağan edilir.

BAKI, 30 iyun — Sputnik. Şahzadə Harriyə və Meqan Markla rəsmi görüşlər və səyahətlər zamanı tərkibində sarımsaq olan yeməklər yemək qadağan edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu qaydalar kral ailəsində ağızdan pis qoxunun gəlməsinin qarşısının alınması üçün tətbiq edilir.

Bununla yanaşı bildirilir ki, kraliça II Yelizavetanın sarımsaqdan zəhləsi gedir və onu yeməklərə qatmağa icazə vermir. "Biz heç vaxt sarımsaqlı yemək hazırlamırıq və yeməklərə heç vaxt çox soğan vurmuruq. Kraliça buna icazə vermir" — deyə sarayın baş aşpazı Darren Makreydi bildirib.

Meqanın ən sevimli yeməyi isə bol sarımsaqlı toyuqdur. Bundan sonra hersoginya bu yeməyi ancaq evdə olanda, rəsmi səfərləri olmayanda yeyə bilər.

159
Əlaqədar
Şahzadə öz titulundan imtina edir: Səbəb...
İlin nikahı baş tutdu: Şahzadə Harri aktrisayla evləndi
Şahzadə hündürdən yıxılaraq ölüb
Azərbaycanlı şahzadə Bakıya qayıtmaq istəmir