İran qarışır: Parlament Həsən Ruhaniyə ultimatum verdi

© AFP 2023 / STRINGER Həsən Ruhani, arxiv şəkli
Həsən Ruhani, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranda iqtisadi çətinliklərə görə etirazlar davam edərkən parlamentdən prezident Həsən Ruhaniyə xəbərdarlıq edilib

BAKI, 29 iyun — Sputnik. İranda iqtisadi çətinliklərə görə etirazlar davam edərkən parlamentdən prezident Həsən Ruhaniyə xəbərdarlıq edilib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, İran parlamenti Ruhanidən iqtisadiyyat üzrə məsul şəxslərin dəyişdirilməsini tələb edib.

İranın dini lideri Əli Xameneyi əvvəlki gün parlamentdən iqtisadiyyatdakı problemlərin həlli ilə bağlı hərəkətə keçməsini istəmişdi. Tehranda satıcılar da bahalaşmaya etiraz etmişdilər.

Digər tərəfdən, İran ABŞ-ın nüvə müqaviləsindən çıxıb sanksiyalarını artırmasından sonra nüvə proqramını yenidən canlandırıb. İran nüvə proqramı çərçivəsində İsfahanda uran istehsal kompleksi açıb. İran 9 il sonra yenidən istehsala başlayıb.

Xəbər lenti
0