Bütün dünyanın gözlədiyi görüşün yeri açıqlandı

© Sputnik / Mikhail Fomichev / Mediabanka keçidHelsinki şəhəri
Helsinki şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın özü Putinlə görüşün Helsinkidə ola biləcəyini bəyan etmişdi

BAKI, 28 iyun — Sputnik. "Fox News" telekanalı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Finlandiya paytaxtı Helsinkidə görüşəcəyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, barədə məlumatı telekanal öz "Twitter" səhifəsində yayıb.

​Daha əvvəl Trampın özü Putinlə görüşün NATO sammitindən (11-12 iyul) sonra Helsinkidə ola biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donaıd Trampın görüş məsələsi artıq uzun müddətdir ki, qapalı kanallar vasitəsilə müzakirə olunur və görüşün vaxtı və sammitin keçirilmə yeri ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti
0