Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadın təyyarədə dava saldı — VİDEO

© REUTERS / Edgar SuСамолет Airbus A350-1000 на авиашоу в Сингапуре
Самолет Airbus A350-1000 на авиашоу в Сингапуре - Sputnik Azərbaycan
Abunə olmaq
O Roçeser polisinə bildirib ki,döyüş veteranıdır və tarvmadan sonra psixoloji pountudan əziyyət çəkir.

BAKI, 28 iyun — Sputnik. Spirit Hava Yolları (Spirit Airlines) şirkətinə məxsus təyyarədə qadın sərnişin dava salıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Hyustondan Minneapolisə uçan təyyarənin göyərtəsində qadın sərnişin dava salıb.

Ekipaj diabet xəstəsi olan digər sərnişinə görə, təyyarənin Roçesterdə enəcəyi barədə məlumat verəndən sonra qadın özündən çıxıb. Şahidlər davanı videoya çəkib. Təyyarədə dava səhnəsinin videosu qısa vaxtda sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, 38 yaşlı qadın sərnişin təyyarənin içində qaçır, ekipaja qışqırır, onları söyür.

Təyyarə hava limanına enəndə davakar sərnişin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Roçester polisinə bildirib ki, müharibə veteranıdır və travmadan sonra psixoloji pozuntudan əziyyət çəkir.

Xəbər lenti
0