Möminləri qəzəbləndirəcək qanun qəbul edildi - Qadağa və cəza

© AFP 2023 / STRЖенщина в Саудовской Аравии. Архивное фото
Женщина в Саудовской Аравии. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra niqab və üzün bağlanması "yüngül cinayətlər" kimi dəyərləndirəcək

BAKI, 27 iyun — Sputnik. Hollandiyada niqab (üzü bağlayan örtük) qadağası rəsmən qəbul edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məktəblər, dövlət idarələri, xəstəxanalar və digər ictimai yerlərdə üzü örtən geyimlərin geyilməsini qadağan edən qanun qəbul olunub.

Yeni qanunal niqab və çarşabla yanaşı, motosiklet kaskası və üz-üzə əlaqəni məhdudlaşdıran geyimlərin geyilməsi də qadağan edilir.

Niqab və üzün bağlanması "yüngül cinayətlər" kimi dəyərləndirəcək. Qanunun keçərli olduğu ərazilərdə üzünün açılması tələb olunduğu zaman üzünü açmayanlar üçün polis çağırılacaq. Qanunu pozanlar 400 avro məbləğində cərimə ediləcək.

Xəbər lenti
0