İstanbul, arxiv şəkli

Türkiyə ABŞ-la iqtisadi "müharibəyə" qoşuldu, rüsumlar artırıldı

112
(Yenilənib 22:54 26.06.2018)
Xatırladaq ki, ABŞ-ın birtərəfli şəkildə tətbiq etdiyi rüsumlara cavab olaraq, artıq dünyanın bir çox dövlətləri Tramp hökumətinə qarşı iqtisadi cəbhədə mübarizəyə başlayıblar.

BAKI, 26 iyun — Sputnik. Türkiyədə bəzi ABŞ məhsullarının idxalına əlavə rüsum tətbiq edilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, əlavə rüsum ABŞ mənşəli düyü, spirtli içkilər, yarpaq tütünü, minik avtomobili, gözəllik və ya makiyaj materialları və digər məhsulların idxalına tətbiq edilib.

Nazirlər Kabinetinin bu qərarı "Rəsmi qəzet"də dərc olunub. Qərar, ABŞ mənşəli bəzi məhsulların idxalına əlavə rüsumun tətbiq edilməsini ehtiva edir.

Məsələn, ABŞ mənşəli spirtli içkilərə 70 faiz, düyüyə 25 faiz, sərt qabıqlı meyvələrə (təzə və ya qurudulmuş) 10 faiz, yarpaq tütününə və tütün qalıqlarına 30 faiz əlavə rüsum tətbiq edilib.

Xatırladaq ki, ABŞ-ın birtərəfli şəkildə tətbiq etdiyi rüsumlara cavab olaraq, artıq dünyanın bir çox dövlətləri Tramp hökumətinə qarşı iqtisadi cəbhədə mübarizəyə başlayıblar.

112
Teqlər:
rüsum, Türkiyə, ABŞ, məhsul
ABŞ-da epidemioloji vəziyyət

Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift xoşbəxtlik

15
(Yenilənib 20:16 03.08.2020)
Pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

BAKI, 3 avqust — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

Pərdə arxasındakı bəla

Əksər ehtimallar “taclı bəla”nın tezliklə həyatımızdan çıxmayacağını deyir. Bəzi qənaətlər isə hətta belədir ki, koronavirus əbədi olaraq bizimlə qalacaq, onun ilin sonunadək yoxa çıxacağına dair proqnozlar nikbin yanaşmanın məhsuludur. Ötən həftə dünyada bu xəstəliyə yoluxanların sayı 18 milyonu ötdü. Rəqəmlər şərtidir, bütün xəstələri qeydə almaq, sadəcə, mümkün deyil. Məlum olmayan təkcə xəstələr, onların sayı deyil. Pandemiyanın hansısa güc mərkəzləri tərəfindən idarə olunduğuna, Yer kürəsində insan sayının kəskin azaldılmasına hesablanmış proqram olduğuna dair mülahizələrin inandırıcılıq gücü də getdikcə daha çox artır. ABŞ dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatının Çinə satılmasına dair açıqlaması pərdə arxasında nələrinsə baş verməsinin növbəti ifadəsidir.

Alzheymer

Ötən həftə Paşinyan Rusiya kanalına müsahibədə “Qarabağ xalqı”ndan, Ermənistanın “konstruktiv” mövqeyinə qarşı Azərbaycanın “güc tətbiqi”ndən və s. danışıb. Tovuz istiqamətində gözləmədiyi səviyyədə cavab alan Ermənistanın diplomatik müstəvidə də küncə sıxılmasından sonra Nikolun sərsəmləmələri daixili auditoriya qarşısında itirilmiş xalların geri qaytarılmasına hesablanmış cəhdlərdir.

Rusiya televiziyasına müsahibəsində Paşinyanın gileyi də aydın sezilir. KTMT-dən gözlədiyi dəstəyi ala bilməyən baş nazir təbii olaraq məyusdur və Kremli Ankara ilə üz-üzə qoyaraq Türkiyənin münaqişəyə təsirini neytrallaşdırmağa çalışır. Sitat: “Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.

Rusiyada isə Paşinyanı Sorosun adamı kimi qəbul edirlər. Daxili böhran, diplomatik sahədəki uğursuzluqlar deməyə əsas verir ki, Nikol da tezliklə sələflərinin ardınca gedəcək.

Genetik yaddaş

Okeanın o biri üzündə də erməni lobbisi üçün xoş deyil. ABŞ konqresində Azərbaycan əleyhinə düzəlişə nail ola bilməmələri bir yana, Azərbaycanın torpaqlarının işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqları ilə bağlı düzəlişin konqresə təqdim olunmasının yaratdığı “duş effekti”nin təsiri keçməmiş Los-Anceles polisi erməni lobbisinin yalanını ifşa edib. Ermənilər sosial media platformalarında azərbaycanlıların bu şəhərdə keçirilmiş aksiyalarda silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.

Nə qədər də gülməli səslənir, deyilmi? ABŞ polisinin bu cür addım atması üçün hansı marağı ola bilər?! Erməni kimliyi, böhtançılıq, dezinformator genetik yaddaşı, deməli, dağları, dərələri, okeanları aşsan da, özünü göstərməlidir.

Azərbaycanlıların Orduya dəstək aksiyası, arxiv şəkli
© Photo : Consulate General of the Republic of Azerbaijan in Los Angeles

İslam kasıblığı

Birləşmiş Ərəb Əmirliklərində ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” işə salınıb. Dünyanın neft ehtiyatlarının 10%-nə sahib olan, ən zəngin ölkələrdən birinə çevrilmiş BƏƏ-nin yalnız indi belə bir stansiyaya sahib olması islam dünyasının elm və texnologiyaya münasibəti, bugünkü dünyanın çağırışlarından nə qədər geri qaldığının göstəricisi sayıla bilər. Bu, hələ islam dünyasının ən qabaqcıl ölkələrindən biridir. Bəli, təəssüflər ki, bu gün dünyanın ən geridə qalmış ölkələri sırasında müsəlmanların yaşadıqları ölkələr üstünlük təşkil edir. Bir zamanlar elmin beşiyi sayılan islam ölkələrinin orta əsrlərdən sonra bu sahədəki tənəzzülü onların qabaqcıq Qərbdən asılılığını şərtləndirib.

Sosial lift

Azərbaycan isə yeni texnologiyaların tətbiqində, eləcə də elm və təhsil sahəsində islam dünyasının aqibəti ilə üzləşmək istəmir. Postneft dövründə bizi yalnız insan kapitalı xilas edəcək. Odur ki, ölkəmizdə təhsilin prioritet istiqamətlərdən biri elan edilməsi təsadüfi deyil. Ötən həftənin ən mühüm hadisələrindən biri yeni təhsil nazirinin təyin olunması idi. Yeni nazir Emin Əmrullayev həftə ərzində ən çox müzakirə olunan sima idi. İnsafən, deyək ki, onun haqqında neqativ fikrə rast gəlmək mümkün deyildi. “Background”u və imici E.Əmrullayevdən gözləntiləri də artırır – hamı onun təhsil sahəsində ciddi nəticələr əldə edəcəyinə inanır.

Və başqa bir məsələ  - E.Əmrullayevin nazir təyin olunması idarəçilikdə sosial liftin işlədiyini də göstərir. Yəni ən yüksək postlara təyin olunmaq üçün “dayday” tələb olunmur, bilik və bacarıqlar, işgüzarlıq və müsbət imic lifti hərəkətə gətirə bilir.

SMM narkotacirlər

Sosial şəbəkələr bu gün biznes sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Şirvan şəhərində narkotik satıcısı da bu imkanlardan istifadə etmək istəyib.  Ancaq polis gəncə mane olub. Məlum olub ki, təqsirləndirilən şəxs S.Məmmədov müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib, eyni zamanda narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu qeyd edərək ticarəti genişləndirmək istəyib. Amma göründüyü kimi, alınmayıb...

Pul xoşbəxtlikdirmi?

Həftənin daha bir yaddaqalan hadisəsi kriminalla bağlıdır. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı N.Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Z.Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Məlumata görə, Z.Şirinovun sinəsinə dəyən bıçaq zərbəsi köynəyin cibindəki pula batdığından dərinə işləməyib və onun həyatını xilas edib. Deməli, pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

15
Əlaqədar
Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Həkimlər, arxiv şəkli

Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər

7
(Yenilənib 18:36 03.08.2020)
Xatırladaq ki, COVID-19-la mübarizədə yerli mütəxəssislərə dəstək üçün indiyədək Türkiyə, Kuba və Rusiyadan Azərbaycana həkim qrupları, eləcə də ÜST nümayəndələri gəliblər

BAKI, 3 avqust — Sputnik. “Koronavirusla mübarizə sahəsində Azərbaycan hökuməti beynəlxalq əməkdaşlığı davam etdirir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün İtaliyadan olan bir qrup həmkar Azərbaycana gəlib: “Çindən də Uhanda fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur”.

Xatırladaq ki, COVID-19-la mübarizədə yerli mütəxəssislərə dəstək üçün indiyədək Türkiyə, Kuba və Rusiyadan Azərbaycana həkim qrupları, eləcə də ÜST nümayəndələri gəliblər.

7
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
Rayonlara gediş-gəliş məsələsinə baxılacaq
Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB

Çantanı yığandan sonra sayta bax: çimərliyə gedənlər üçün təlimat

0
(Yenilənib 20:42 03.08.2020)
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb

BAKI, 3 avqust — Sputnik. Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb:

 

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Son 27 gün: çimin, çimə bildiyiniz qədər
Yeni portal çimərliyə getmək üçün icazə vermir
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik