İranda etirazlar, arxiv fotosu

İranda hökumət böhranı dərinləşdi, dini liderin müşaviri prezidentə qarşı çıxdı

116
(Yenilənib 21:36 26.06.2018)
"Qara bazar"da dollar 8 min 500 tümən səviyyəsindədir

BAKI, 26 iyun — Sputnik. İranın ali dini lideri, ayətullah Əli Xameneyinin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi mövcud hökuməti tənqid edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, müşavir, hökumətin xalqın problemləri ilə məşğul olmadığını və bunun da bir sıra narahatlıqlara səbəb olduğunu deyib. O, bəzi qrupların bu vəziyyəti rejim əleyhinə etirazlara çevirməyə səy göstərdiyini söyləyib.

Valyuta məzənnəsində baş verən artıma və bahalaşmaya etiraz etmək üçün Tehrandakı əsnafların obyektlərini bağlanmasına toxunan Səfəvi bildirib ki, dükan sahiblərinin reaksiyası ölkədəki narazılığı göstərir.

İranın iqtisadi, mədəni və ictimai problemlərlə qarşı-qarşıya qaldığını dilə gətirən Səfəvi, prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti hədəf alaraq "hökumət olmasa, ölkə daha yaxşı idarə ediləcək kimi görünür"-deyib.

Dünən Tehranda əsnaflar iqtisadi problemlərə etiraz etmək üçün yerlərini bağlamışdı.

İranda dolların qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlməsi Həsən Ruhani hökumətinin aprel ayında sərbəst valyuta alqı-satqısının qadağan edilməsinə səbəb olmuşdu. "Qara bazar"da dollar 8 min 500 tümən səviyyəsindədir. ABŞ prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çəkildiyini və yeni sanksiyaların tətbiq olunacağını açıqlaması İran bazarlarına mənfi təsir etmişdi.

116
Teqlər:
dini lider, müşavir, qarşıdurma, İran, böhran, aksiya, prezident
Əlaqədar
Neft dünya ölkələrini yenidən çalxalayır, İran "rinqin küncünə" sıxışdırıldı
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

13
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

13
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski

Dmanisidəki hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdləri təəssüf doğurur

4
(Yenilənib 00:01 18.05.2021)
Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

BAKI, 17 may - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

Qeyd edək ki, 16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələni bir neçə qurum nəzarətdə saxlayır.

Eləcə də oxuyun:

* Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

* Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

 

4
Teqlər:
insident, Gürcüstan, Azərbaycan, ombudsman