Məhərrəm İncə

Məhərrəm İncə etiraf etdi: "Seçkinin nəticələrini tanıyıram"

165
(Yenilənib 02:40 25.06.2018)
Buna baxmayaraq, İncə Yüksək Seçim Kurulunun qərarını gözləyəcəyini və seçkilərin nəticəsi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib

BAKI, 25 iyun — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə seçkilərdə məğlubiyyətini etiraf edib. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, bunu FOX TV-nin əməkdaşı İsmayıl Kiçikqaya açıqlayıb.

Kiçikqaya Məhərəəm İncə ilə WhatsApp vasitəsilə yazışdığını bildirib. Onun sözlərinə görə, İncə "təbii ki, adil yarış deyildi, amma Ərdoğanın qələbəsini qəbul edirəm. Adam qalib gəldi" ifadəsini işlədib.

Buna baxmayaraq, İncə Yüksək Seçim Kurulunun qərarını gözləyəcəyini və seçkilərin nəticəsi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.

165
Teqlər:
Məhərrəm İncə, etiraf, Ərdoğan, seçki, Türkiyə, məğlubiyyət
Əlaqədar
Ərdoğandan ilk mesaj: "Davam"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Səslərin 90 faizə yaxını sayılıb: Ərdoğan liderdir
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Türkiyədə prezident və parlament seçkiləri keçirilir
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

20
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

20
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

15
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

15
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0