CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusunda kütləvi oğurluğun üstü açıldı

© Sputnik / R. Mangasaryan / Mediabanka keçidСолдаты Армении
Солдаты Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil detalları, hətta mühərriklər, ötürücü qutular, avtomobil təkərlərini yararsız kimi göstərilərək satılırmış

BAKI, 22 iyun — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin bir neçə hərbi hissəsində xidməti vəzifədən istifadə etməklə xüsusilə böyük həcmlərdə mülk və vasitələrin mənimsənilməsini aşkarlayıb. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.

Ermənistan MTX-nin yaydığı məlumata görə, N saylı hərbi hissənin bir neçə bölmələrinin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununa qədər yanacaq mənimsəyiblər. Məlum olub ki, yanacaq-sürtkü materialları xidmətinin rəisi hərbi hissənin rəhbərliyi ilə əlbir olaraq qeyri-qanuni fəaliyyətlə məşğul olub. O, yanacağı hissələrlə hərbi hissədən çıxardaraq qonşuluqda olan avtoyuma məntəqələrinin rəhbərlərinə satıb. Bu cür yolla əldə olunan pullar sonrada hərbi hissə və bölmələrin komandirləri arasında bölüblər. Xidmət rəisi və avtoyuma sahiblərindən biri oğurlanan yanacaqla bağlı belə sövdələşmələrdən biri zamanı saxlanılıb. Faktla bağlı cinayət işi başlayıb.

Digər hərbi hissədə isə hərbçilər daha böyük oğurluqla məşğul olub. Onlar avtomobil detalları, hətta mühərriklər, ötürücü qutular, avtomobil təkərlərini yararsız kimi göstərərək satırmış. Bundan əlavə onlar avtomobilin təmiri zamanı yeni detalları köhnələri milə vəzə edib. Bu faktla bağlı da araşdırma başlayıb.

Xəbər lenti
0