CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya şokda: G7 sammitində Tramp Merkelə qarşı bunu da edib

© Photo : Bundesregierung/Jesco Denzel/Handout via REUTERS"Böyük Yeddilik" (G7) sammiti iştirakçıları
Böyük Yeddilik (G7) sammiti iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Merkelin hadisəyə necə reaksiya verdiyi açıqlanmayıb

BAKI, 21 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən "Böyük Yeddilik" (G7) sammiti zamanı Almaniya kansleri Angela Merkel istiqamətinə bir neçə konfet atıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "CBS" telekanalına açıqlamasında amerikalı siyasi analitik İen Bremmer deyib.

Onun sözlərinə görə, hadisə sammitin sonlarına yaxın, ölkə liderlərinin Trampa ümumi bəyanatı imzalamaq üçün təzyiqlər göstərməyə cəhd etdiyi vaxt baş verib. Nəticədə Tramp sənədi imzalamağa razılaşdığını bəyan edib.

"Bundan sonra o ayağa qalxdı, əlini pencəyinin cibinə saldı ordan iki "Starbursts" konfeti götürərək stolun üstünə atıb və Merkelə deyib: "Bax Angela sonra demə ki, mən heç vaxt sənə heç nə vermirəm", Bremmer vurğulayıb.

Ekspert vurğulayıb ki, o bu sözləri deyərkən Kanada sammitində iştirak edən digər nümayəndələrin təmsilçilərinə də müraciət edib.

Analitik Merkelin hadisəyə necə reaksiya verdiyini açıqlamayıb. Lakin onun sözlərinə görə, hazırda iki liderin bir-birinə hörmət etmədiyini və onların şəxsi münasibətlərinin "məhv olduğunu" bildirib.

Xəbər lenti
0