Əllər, arxiv şəkli

Ailə qurmayan insanların əksəriyyəti bu xəstəlikdən ölür

585
(Yenilənib 04:17 21.06.2018)
Ailə həyatı qurmaq ürək xəstəlikləri riskini azaldır

BAKI, 21 iyun — Sputnik. Britaniya alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, ailə həyatı qurmaq insan orqanizmi üçün xeyirlidir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, ailə həyatı qurmaq ürək xəstəlikləri riskini azaldır. Alimlər 34 nəfər arasında araşdırma aparıblar. Bunlar 1963-2015-ci illər arasında yaşayan insanlar olub və onlarla ailə həyatı ilə sağlamlıqlarını müzakirə ediblər.

Araşdırmaya görə heç vaxt ailə həyatı qurmayanlar, boşanmışlar və dul qalanların əksəriyyəti ürək xəstəliklərindən dünyasını dəyişib. Amma ailəli insanlar öz sağlamlıqlarına diqqət ayırırlar və tez-tez həkim müayinəsindən keçirlər.

Eyni zamanda bu xəstəliklərdən uzaq olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi də mütləqdir.

585
Teqlər:
alimlər, risk, ürək-damar xəstəlikləri, nikah
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

2
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır

32
(Yenilənib 18:20 24.10.2020)
"Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz".

 

BAKI, 24 oktyabr — Sputnik. “Bu səhər İlham Əliyev ilə telefonla danışdım. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edirlər. Geri almağa başlayıblar”.

Anadolu agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında Fransanı da sərt tənqid edib.

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”, - deyə o bildirib.

“Minsk qrupunda varsınız. Bu günədək nə etmisiniz? Azərbaycan ərazilərini işğaldan azad etmisiniz? Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz. Edə bilməzsiniz, çünki səmimi deyilsiniz”, - o qeyd edib.

32
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

31
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə