Məktəblərdə kağız kitablar dövrü sona çatır, lap az qaldı

© Sputnik / Valery Melnikov / Mediabanka keçidElektron kitab, arxiv şəkli
Elektron kitab, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Maarif Nazirliyi kağız kitablardan tədricən imtina etməyi planlaşdırır

BAKI, 20 iyun — Sputnik. Rusiyanın Maarif Nazirliyi 2020-ci ilin dekabrına qədər orta ümumtəhsil məktəblərində 11 fənn üzrə ənənəvi kağız kitablardan tədricən imtina etməyi planlaşdırır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "Rəqəmsal məktəb" layihəsinin işçi versiyasında bildirilir.

Təklif olunan layihəyə əsasən, şagirdlərin fərdi rəqəmsal cihazları olacaq. Bundan əlavə, sözügedən cihaz yüngül xəstəliyi olan uşaqların dərsə evdən qatılmasına imkan verəcək.

Layihənin büdcəsi ilkin mərhələdə 507 milyard rubldan artıq olacaq. Layihə 2018-ci ilin martında Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanıb və indi onun təkmilləşdirilməsi məsələsi aktualdır.

Maarif naziri Olqa Vasilyevanın sözlərinə görə, hazırda Nazirlik sənədi Rusiya prezidenti Vladimir Putinin verdiyi yeni may fərmanlarını nəzərə almaqla tamamlamaqdadır.

Sənəddə hansı fənlərlə bağlı dəyişikliklərin olacağı barədə hələlik məlumat verilməyib. Uşaqların hansı yaşdan sonra fərdi rəqəmsal dərs cihazından istifadə edəcəkləri də müəyyənləşməyib.

Xəbər lenti
0