Tacik ulduz azərbaycanlı qız üçün milyonluq villa və yaxta kirayələdi

© Photo : Instagram / jonibekmurodovTacik estrada ulduzu Jonibek Murodov
Tacik estrada ulduzu Jonibek Murodov - Sputnik Azərbaycan
Abunə olmaq
Jonibek Murodov özünün yeni "Lilu" klipinə azərbaycanlı modeli çəkib

BAKI, 20 iyun — Sputnik. Məşhur tacik estrada ulduzu Jonibek Murodov özünün yeni "Lilu" klipini təqdim edib. Bu klipdə onun sevgilisi rolunda Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" müsabiqəsinin ikinci vitse-missi Fəridə İbrahimova çəkilib.

Murodovun mətbuat xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, klipin rejissoru Viktor Skuratovskidir.

Fəridə İbrahimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı polisi modelin gözəlliyi qarşısında görün nə hala düşdü

Kiprdə çəkilmiş bu çarxın süjetinə əsasən, gözəl bir vadidə dəbdəbəli həyat tərzi keçirən yüksək səviyyəli məmurlar öz dostlarının nişanını qeyd edirlər. Qonaqları əyləndirmək üçün məclisə müğənni də dəvət olunur. Məclisdəki qızlardan biri ilə müğənni ilk baxışdan bir-birilərinə vurulurlar. Qız onunla əylənmək istəyən varlı kişini yana itələyərək müğənni oğlanın qarşısına çıxır. Oğlan qızla intim yaxınlığı xəyal edir və axırda bu xəyal gerçəkliyə çevrilir.

Klipin çəkilişləri zamanı müğənni üçün ən çətin səhnə motosiklet sürdüyü səhnələr olur. Çünki Murodov klipin çəkilişlərinə qədər heç vaxt motosiklet sürməyibmiş. Azərbaycanlı modelə isə özünü komfortda hiss etməsi üçün hər cür şərait yaradılıb. Ondan ötrü Kiprin elit rayonu olan Limasolda qiyməti 10 milyon dollar olan özəl villa və 500 min dollar dəyəri olan Azimut yaxtası kirayələnib.

Müğənni öz mahnı və klipində dinləyicilərə çatdırmaq istəyib ki, hər bir insan öz ürəyinə etibar etməlidir. Çünki ən səmimi və düzgün qərarları məhz o, qəbul edir.

İbrahimova bir sıra Ukrayna brendlərinin simasıdır. O, eyni zamanda məşhur dizaynerlərin Ukrayna və Azərbaycanda təşkil olunan bütün moda həftələrində iştirak edir. Hazırda o, daha çox reklam layihələri ilə məşğuldur. Reklamların çoxunda xaricdəki həmkarları ilə birgə iştirak edir.

Jonibek Murodov isə SSRİ xalq artisti Jurabek Murodovun oğludur. O, 2006-2007-ci illərdə "Vazir" musiqi qrupunun heyətində çıxış edib. 2007-ci ildən isə solo çıxışlar etməyə başlayıb. Hazırda Tacikistanda hitə çevrilən əksər mahnıların ifaçısıdır.

Xəbər lenti
0