Almaniyada bioloji hücum şoku yaşandı

© AFP 2023 / MARCO LONGARIƏleyhqaz
Əleyhqaz - Sputnik Azərbaycan
Abunə olmaq
Alman polisi ölkədə bioloji hücumun qarşısının alındığını bildirib

BAKI, 20 iyun — Sputnik. Almaniyada bioloji hücumun qarşısı alınıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Tunis vətəndaşı olan bir şəxsin evində zəhərli bioloji maddə olan "risin" və bomba istehsalında istifadə edilən materiallar ələ keçirilib. Almaniya Kriminal Polis Departamentinin rəhbəri Holqer Muench bunun sıradan hadisə olmadığını, ölkədə bioloji hücumun planlaşdırıldığını bildirib.

Alman polisi Tunis vətəndaşını həbs edib. Hazırda onun təkbaşçına, yoxsa terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi araşdırılır.

Xəbər lenti
0