Belini ölçən qız, arxiv şəkli

Qarın piylərini əritməyin sirri

538
(Yenilənib 01:11 20.06.2018)
Mütəxəssislər bildirir ki, qarınətrafı yağların əridilməsi üçün mütəxəssislərə müraciət etmək lazımdır

BAKI, 20 iyun — Sputnik. Həkimlər iddia edir ki, qadının beli 80 santımetr, kişinin beli isə 94 santımetrdən çox olmamalıdır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çox qidalanmaq piylənməyə səbəb olur və bu zaman insan özü üzərində işləməlidir ki, piylər ərisin. Əks halda bu piylənmə digər xəstəliklərə də səbəb ola bilər.

Arıqlayan insanlar bəzən tələyə düşür. Belə ki, insanların qarın nahiyəsinin piyləri ərimir. Mütəxəssislər bildirir ki, qarınətrafı yağların əridilməsi üçün mütəxəssislərə müraciət etmək lazımdır. Mütəxəssislər bunu ya xüsusi iynələr, ya da masaj vasitəsi ilə əridir. Çünki bu zaman dieta həmin piylərin ərinməsinə kömək etmir.

Əgər sağlam həyat tərzinə keçə bilsəniz bu zaman qarın piyləri bir il sonra əriməyə başlaya bilər. Bəzən isə bu piylərin yox olmamasının bir səbəbi də genetika ilə əlaqədar olur. Yəni ki, bəzi insanlarda arıqlama prosesi sürətli gedir, digərlərində isə bu proses yavaş gedir və piylər gec əriyir.

538
Teqlər:
həkim, masaj, əritmək, piy, Qarın
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

6
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

6
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması