Yeni diplomatik müharibə başlayır, həbs qərarları çıxarılıb

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidЗадержанный, фото из архива
Задержанный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomatlardan birinin səfirliyin mətbuat attaşesi və digərinin isə səfirliyin baş katibi olduğu bildirilib

BAKI, 19 iyun — Sputnik. İsveçrə Federal Prokurorluğu Türkiyənin Berndəki səfirliyinin iki diplomatı haqqında həbs qərarı çıxarıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, diplomatlar 2016-ci ildə Fətullah Gülənə yaxınlığı ilə tanınan və Sürixdə yaşayan bir iş adamını qaçırma cəhdində ittiham edilir.

Diplomatlardan birinin səfirliyin mətbuat attaşesi və digərinin isə səfirliyin baş katibi olduğu bildirilib.

Verilən açıqlamaya görə, Federal Prokurorluq tərəfindən barələrində həbs qərarı çıxarılan bu iki şəxsin diplomatik pasporta malik olduğu və hadisənin İsveçrə mətbuatına sızmasından sonra İsveçrəni tərk etdikləri bildirilib. Bu iki şəxsin İsveçrəyə girəcəyi təqdirdə həbs olunacağı deyilib.

Daha əvvəl də İsveçrə mətbuatı İsveçrədəki türk diplomatlarının Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) ilə birgə çalışdığına diqqət çəkən xəbərlər yazmışdı.

Xəbər lenti
0